- Köhnə - Hadisə
- 1 Mart 2014 11:11
- 5 935
Bakıda deputat oğlunun cinayət törətdiyini polis təsdiqlədi
Binəqədi rayon Polis İdarəsindən AzNews.az-a verilən məlumata görə, hadisə idarə tərəfindən qeydiyyata alınıb.
Cinayət faktının araşdırılması üçün iş rayon polis idarəsinin müstəntiqin icraatına verilib.
Polis idarəsindən o da vurğulanıb ki, tədqiqat davam etdirilir, yekunlaşdıqdan sonra müvafiq istintaq instansiyasına göndəriləcək.
Xatırladaq ki, bu gün bizimyol.info-da deputat Ayaz Orucovun oğlunun bahalı "Mercedes" avtomobilindən yaxınlığından keçən bir şəxsin maşınına tapançadan atəş açması ilə bağlı məlumat yayılmışdı.
Amid
AzNews.az