- Köhnə - Hadisə
- 8 Mart 2014 09:05
- 2 082
Maşın çaya düşdü, ölən var

AzNews.az-ın FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Neftçala rayonu, Cəngan kəndi ərazisində Kür çayına "VAZ" markalı minik avtomobili düşüb.
Hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri avtomobilin və həmin nəqliyyat vasitəsinin sürücüsünün 1977-ci il təvəllüdlü Nəcəfov Şamil Fazil oğlunun cəsədini sudan taparaq çıxarılmasını və aidiyyəti üzrə təhvil verilməsini təmin edilib.
AzNews.az