Salyan sakini intihar etdi

Salyan şəhər sakini ov tüfəngindən atəş açaraq özünü öldürüb.

AzNews.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, martın 16-da Salyan şəhərində yaşayan Qulam Sadıqov həyətində ov tüfəngindən atəş açaraq özünü öldürüb.

Hadisə yerindən Q.Sadıqova məxsus "TOZ-34 EP" markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar cinayət işi açılıb, istintaq gedir.

AzNews.az