Güclü külək sabah mülayimləşəcək- Proqnoz

Sabahdan Azərbaycanda yağıntılar tədricən kəsiləcək, Bakıda güclü külək axşama doğru mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib ki, Bakıda və Abşeron yarımadasında martın 22-də hava şəraitinin buludlu, arabir yağıntılı olacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi axşama dorğu mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 4-7, gündüz 7-10 dərəcə isti olacağı ehtimalı var.

Martın 22-də Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Yağıntının günün ikinci yarsısında tədricən kəsiləcəyi gözlənilir. Güclü qərb küləyi əsəcək.

Aran rayonlarında temperaturun gecə 5-9, gündüz 10-15, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

AzNews.az