İcra Hakimiyyətindən intihar xəbəri ilə bağlı-AÇIQLAMA

Nizami rayonu İcra Hakimiyyətinin şöbə müdirinin intihar etməsi xəbəri təkzib olunub. İH-in növbətçi hissəsindən İlyas Cabbarov AzNews.az-a bildirib ki, qurumda Aslan Zeynalov adlı şəxs işləmir: "Bizdə nəinki o adlı şəxs, heç xəbərdə qeyd olunan şöbə də yoxdur".

Nizami rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev isə AzNews.az-a rayonda intihar edən şəxsin kimliyi barədə məlumat verib: "Aslan Zeynalov İcra Hakimiyyətində deyil, Keşlə qəsəbəsindəki rayon Mənzil Təsərrüfat Birliyində fəhlə işləyib. İntihar hadisəsi isə xəbərlərdə yazıldığı kimi iş yerində yox, yaşadığı mənzildə baş verib".
Xatırladaq ki, ölən şəxsin İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində çalışması barədə məlumatı vesti.az saytı yayıb.

Amid
AzNews.az