Satıcı islədiyi mağazadan oğurluq etdi

Bakıda satıcı islədiyi mağazadan 5000 manata yaxın qiyməti olan qələm və qələm qabını oğurlayıb.

Bakı Şəhər Baş polis İdarəsindən verilən məlumata görə, Bakı şəhər sakini Aydın Beyişov Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, Ş.Qurbanov küçəsində yerləşən özünə məxsus dəftərxana ləvazimatları mağazasından, orada satıcı işləyən Bakı şəhər sakini Nicat Mikayılov 1 ədəd dəyəri 4609 manat olan qələm və qələm qabını oğurlayıb. Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Nicat Mikayılov tutulub.

AzNews.az