Deputat məhkəmə qərarına etiraz etdi

"Şəki Ağır Cinayətlər Məhkəməsində qanun pozuntusuna söykənən qərar qəbul olunub". Bunu Milli Məclisin deputatı İqbal Ağazadə Milli Məclisin bu gün keçirilən plenar iclasda çıxışı zamanı deyib.

Modern.az-ın məlumatına görə, o bildirib ki, İsmayıllı hadisələrinə görə həbs olunan şəxslərin Şəki Ağır Cinayətlər Məhkəməsi tərəfindən çox ağır cəza verilib. Halbuki məhkəmə prosesi zamanı şahidlərin və məhkəməyə təqdim edilən sübutların heç biri yetərli olmayıb. Amma çox ciddi qanun pozuntusuna söykənən qərar qəbul olunub. Hökumət dairələrindən xahiş edirəm ki, ən azı məhkəmə orqanlarının instansiya məhkəmələrində həm Tofiq Yaqublunun, həm də İlqar Məmmədovun, eləcə də məlum məsələlərdə həbs olunan şəxslərin şikayətləri doğru-dürüst araşdırılsın. Düzgün araşdırılma aparılsın, onlara qarşı verilən yanlış qərar Apelyasiya Məhkəməsində ləğv olunsun".

AzNews.az