Çökən yoldan nə xəbər var?

Xəbər verdiyimiz kimi dünən Nobel prospektində, "Azərneftyağ" neft emalı zavodunun qarşısında şəhər istiqamətindəki yolda çökmə baş vermişdi. AzNews.az bildirir ki, hazırda yolda vəziyyət əvvəlki kimidir. "Azəryolservis" ASC, "Azərsu" ASC-nin əməkdaşları hadisə yerinə gəlsələr də, çökmənin nəticələri aradan qaldırılmayıb.

Xatırladaq ki, aprelin 21-də səhər 08:00 radələrində Bakının Nobel prospekti, 67 ünvanında, "Azərneftyağ" neft emalı zavodunun qarşısında şəhər istiqamətində yolda çökmə baş verib. Yolun alt hissəsindən keçən, eni 1860 mm olan kanalizasiya kollektorunun sızması nəticəsində yolun əsası və torpaq yatağı yuyulub, bununla da asfalt-beton örtüyü tamamilə çöküb.

AzNews.az