Baş redaktorun yanmış cəsədinin VİDEOSU

İşçisini zorladığı iddia edilən "Mizan Tərəzi" qəzetinin baş redaktorunun istintaq videosu yayılıb.

Məlumata görə, mobil telefona çəkilmiş kadrlarda "Mizan Tərəzi" qəzetinin baş redaktoru, Ağdam rayon sakini Sadiq Soltanovun yanmış meyitinin qalıgları əməliyatçılar tərəfindən aşkarlanıb. Kadrlardan belə bəlli olur ki, Sadiq Soltanov yandırıldıqdan sonra basdırılıb. Baş redaktorun yandıqdan sonra tikilinin altında qalmaq ehtimalı da ola bilər. Görünən odur ki, redaktorun yanmış meyitinin qalıgları yerdən qazılaraq götürülür. S.Soltanovun qəsdən öldürülməsində şübhələr üçün əsaslar olduğundan həmin faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib./ANS/