Bakıda daha bir yol faciəsi – 1 ölü


Bu gün Bakıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. AzNews.az-ın məlumatına görə hadisə Bakının Sabunçu dairəsi ərazisində baş verib. Səhər saat 9:30 radələrində sabunçu dairəsindəki keçidin yaxınlığında avtomobil yolunu keçən təxminən 40-45 yaşlı, şəxsiyyəti hələlik məlum olmayan qadını maşın vurub. Hadisədən bir qədər sonra Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət ediblər.

Həkimlərin səyinə baxmayaraq, mərhumun həyatın xilas etmək mümkün olmayıb. Hazırda polis hadisənin baş vermə səbəblərini araşdırır.

Amid
AzNews.az