AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Gəncə şəhəri, Kəpəz rayonunda 1958-ci il təvəllüdlü Taryel Məmməd oğlu Məmmədov mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Gəncə şəhəri, Kəpəz rayonunda 1958-ci il təvəllüdlü Taryel Məmməd oğlu Məmmədov mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

56 yaşlı kişi meyiti tapıldı- Gəncədə

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Gəncə şəhəri, Kəpəz rayonunda 1958-ci il təvəllüdlü Taryel Məmməd oğlu Məmmədov mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.



Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə damdan enərək eyvandan daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş hərəkətsiz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində T.Məmmədovun vəfat etdiyi müəyyən olunub.

AzNews.az