Sabah Azərbaycanın bəzi ərazilərində hava yağıntılı olacaq. Sabah Azərbaycanın bəzi ərazilərində hava yağıntılı olacaq.

Sabah olan hava proqnuzu

Sabah Azərbaycanın bəzi ərazilərində hava yağıntılı olacaq.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzNews.az-a bildiriblər ki, dekabrın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə ciskinli yağış olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7, gündüz 8-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 10-da axşam qərb rayonlarında, dekabrın 11-də bəzi ərazilərdə havanın yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar və qar yağacağı gözlənilir.

Havanın temperaturu Aran rayonlarında gecə 1-6 dərəcə isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.


AzNews.az