- Köhnə - Hadisə
- 9 Fevral 2015 16:53
- 6 094
Masazırda dəhşətli qəza - 4 nəfər yaralandı (VİDEO)
Bir az əvvəl Abşeron rayonu Masazır qəsəbəsindəki Duzlu Göl yaxınlığında dəhşətli yol qəzası baş verib.
Hadisə zamanı "MAZ", "OPEL" və "Moskviç" markalı avtomobillər toqquşub.
Aktual.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, qəza "MAZ" markalı avtomobilin sürücüsünün yol hərəkəti zamanı düzgün manevr etməməsi səbəbindən baş verib.
Nəticədə hər üç avtomobildəki sərnişinlər ağır yaralanıb. "OPEL" markalı avtomobildə olan 4 sərnişinin vəziyyəti isə daha ağır qiymətləndirilir.
Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdirilıblar.
Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Hadisə ilə bağlı araşdırma aparılır.