Uzun zamandan bəri Folklor İnstitutunun nəzdində fəaliyyət göstərən İRS Folklor Ansamblı ləğv edilib. Uzun zamandan bəri Folklor İnstitutunun nəzdində fəaliyyət göstərən İRS Folklor Ansamblı ləğv edilib.

İRS Folklor Ansamblı ləğv olundu – Direktor isə bunu təkzib edir

Uzun zamandan bəri Folklor İnstitutunun nəzdində fəaliyyət göstərən İRS Folklor Ansamblı ləğv edilib.



Bunu AzNews.az-a İRS Folklor Ansamblının bədii rəhbəri Sidqi Mustafayev bildirib.



Onun sözlərinə görə, ansambl bütün heyətlə Folklor İnstitutundan çıxarılıb:
"Biz daha işləmirik. Ötən il Novruz bayramından sonra bizim ansamblı ləğv ediblər. Əvəzində isə müasir ansambl yaratdılar. Artıq müstəqil fəaliyyət göstəririk".

Folklor İnstitutunun direktoru Muxtar İmanov isə İRS Folklor Ansamlının ləğv olunmadığını və fəaliyyət göstərdiyini vurğulayıb: "Sadəcə, onun heyətində bir az dəyişiklik etdik. İndi İRS Folklor Ansamblına əməkdar artist, tanınmış muğam ifaçısı Nuriyyə Hüseynova rəhbərlik edir. Burada onların şəraiti bir az da düzəlib. İndi studiyaları var, məşq prosesini həyata keçirə bilirlər. Sidqi Mustafayevin rəhbərlik etdiyi ansamblın bəzi üzvləri də hazırda Huriyyə xanımla birlikdə çalışır".

Bahar RÜSTƏMLİ
AzNews.az