- Köhnə - Hadisə
- 13 Aprel 2015 13:46
- 2 188
Təcili Tibbi Yardım avtomobili qəza törətdi: 1 ölü, 4 yaralı
Dünən saat 21 radələrində Lənkəran rayonunda Şamil Qasımovun idarə etdiyi Lənkəran rayon Təcili Tibbi Yardım Stansiyasına məxsus “Mercedes” markalı avtomobil Lənkəran rayon sakini Rəhman Sadıqovun idarə etdiyi “VAZ-21074” minik avtomobili ilə toqquşub.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Nəticədə R.Sadıqovun sərnişinlərindən qızı Zəhra hadisə yerində ölüb, özü və digər 4 sərnişini xəstəxanaya yerləşdirilib.
BDYPİ tərəfindən araşdırma aparılır.