- Köhnə - Hadisə
- 6 İyul 2015 08:46
- 1 741
Göygöldə “VAZ” avtomobili yandı

Göygöl rayonunda “VAZ” markalı minik avtomobili yanıb.
AzNews.az FHN-in saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 21:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.