Şəki rayonunda ağır yol qəzası baş verib. Şəki rayonunda ağır yol qəzası baş verib.

“VAZ” ağaca çırpıldı – Sürücüsü öldü

Şəki rayonunda ağır yol qəzası baş verib.


AzNews.az FHN-ə istinadən xəbər verir ki, rayonun Sarıca kəndində 1958-ci il təvəllüdlü Balaağayev Saməddin Kamaləddin oğluna məxsus "VAZ" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində avtomobilin sürücüsü S.K.Balaağayev ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Avtomobildə sıxılmış vəziyyətdə qalmış S.K.Balaağayevin cəsədi yanğınsöndürən- xilasedicilər tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.