Bakı-Quba yolunda dəhşətli qəza - 2 ölü, 3 yaralı

Bu gün Quba rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun rayonunun Paşaoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mitsubishi Pajero" markalı maşının yoldan çıxaraq ağaca çırpılması nəticəsində 2 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alan şəxs Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ölən və xəsarət alan şəxslərin adları dəqiqləşdirilir.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.