Vahid Ələkbərovun hesabları donduruldu

Rumıniya Rusiyanın "LUKoil" neft şirkətinin bank hesablarının 50%-ni dondurub.


Rumıniyanın Praxov məhkəməsi "LUKoil" və onun törəmə müəssisəsi olan "Petrotel"in aktivləri və hesablarının dondurulması şikayətinin yarısını təmin edib.

"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bununla da "Petrotel"in 642 mln. avro və "LUKoil Europe Holdings BV"-nin 542 mln. avrosuna həbs qoyulub. Qeyd edək ki, daha öncə bu şitkətlərin 2 mlrd. avroluq hesablarına həbs qoyulmuşdur. Məhkəmənin fikrincə, həbs qərarı bu şirkətlərdə çirkli pulların yuyulması və vergidən yayınma faktlarının araşdırılması səbəbi ilə verilib.

Qeyd edək ki, "LUKoil"un prezidenti Vahid Ələkbərov bu ilin iyulun 9-da Rumıniya prezidenti Klaus Yoxannisə onunla görüşmək arzusunda olması barədə məktub göndərib. Lakin bu görüş hələ də baş tutmayıb.