- Ermənistan və Gürcüstan
- 12:59
- 1 100
İrəvanda Ağsaqqallar Şurasının iclasında kütləvi dava - VİDEO
Ermənistanın paytaxtı İrəvanda Ağsaqqallar Şurasının iclasında kütləvi dava baş verib.
AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" "Telegram" kanalı məlumat verib.
Məlumata görə, müzakirələr zamanı merin müavini və hakim Vətəndaş Sazişi Partiyasının üzvü Armen Pambuxçyan "Ana Ermənistan" müxalifət fraksiyasının üzvü Gevork Stepanyandan zalı tərk etməsini tələb edib, eyni zamanda, rəqibinə "Ana Ermənistan" blokunun lideri Andranik Tevanyanın xəyanətdə ittiham olunduğunu xatırladıb.
Stepanyan buna etiraz edib və Pambuxçyanın sözlərini təsdiqləyən heç bir məhkəmə qərarının olmadığını qeyd edib. Qısa çəkən şifahi polemika və qışqırıqlardan sonra hakim fraksiya üzvlərindən biri "Ana Ermənistan" fraksiyasının rəhbəri Manuk Sukiasyana doğru butulka atıb və bundan sonra dava başlayıb.