Polis azərbaycanlı iş adamını öldürdü- TƏFƏRRÜAT

Əməliyyat nəticəsində girov qadın azad edilib



Bu gün gecə Moskvada azərbaycanlı iş adamı, restoranlar şəbəkəsini sahibi Əfqan Rəsulov qətlə yetirilib.

AzNews.az-ın "Baltinfo"ya istinadın verdiyi məlumata görə, hadisə iş adamının evində girov saxladığı qadının azad edilməsi üçün keçirilən əməliyyat tədbiri zamanı baş verib.

Polis əməkdaşları evin qapısını açmaq istədikləri zaman güllə açılıb. Polis də cavab atəşi aşıb və nəticədə iş adamı öldürülüb. Əməliyyat nəticəsində girov qadın azad edilib. Qadının bildirdiyinə görə, onu zorla evə gətirərək saxlayıblar. Qadın həmçinin, ona təcavüz edildiyini də iddia edib.

Əfqan Rəsulovun mənzildə olan 32 yaşlı qardaşı həbs edilib.

Elnarə Əlosmanqızı
AzNews.az