Nazpəri Dostəliyevanın bacısı qəzaya düşdü - Sərxoş xanım sürücü qaçdı

Nazpəri Dostəliyevanın bacısı qəzaya düşüb


AzNews.az xəbər verir ki, hadisə şahidlərinin Ölkə.Az-a verdiyi məlumata görə, axşam saatlarında Heydər Əliyev prospektində "Hyundai-Tucson" avtomobili ilə "Ferrari" markalı avtomobil toqquşub. "Hyundai" avtomobilinin sürücüsü Xalq artisti Nazpəri Dostəliyevanın bacısı Zeynəb Dostəliyevadır. Qəzaya səbəb isə "Ferrari"nin xanım sürücüsünün sərxoş olması olub.

Qəzadan dərhal sonra avtomobilin nömrələrinin sökərək hadisə yerindən qaçıb.

Zeynəb Dostəliyeva isə qolundan zədələnib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.