Azyaşlının daxili orqanları zədələnib Azyaşlının daxili orqanları zədələnib

Bakıda 8 yaşlı uşağı vəhşicəsinə döydülər

Azyaşlının daxili orqanları zədələnib



Oktyabrın 23-də Bakıda azyaşlı oğlan vəhşicəsinə döyülüb. Nəsimi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Salatın Əsgərova küçəsindən 8 yaşlı Əkbərov Rəvan Həsən oğlu ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Məlum olub ki, azyaşlı oğlan döyülüb, onun üzərində müxtəlif xəsarətlər aşkarlanıb.

Polisə ifadəsində azyaşlının yaxınları oğlanın qonşuluqda yaşayan şəxs tərəfindən təpiklə vurulduğunu bildirib. Həmin şəxs təpiklə R.Əkbərovun qarnına zərbələr endirib. Azyaşlının daxili orqanları zədələnib. Fakt üzrə araşdırmalar davam etdirilir.

AzNews.az