Bakı Bulvarında faciəvi hadisə baş verib. Azyaşlı uşaq təhlükəsizlik tələblərinə əməl edilmədiyi üçün karuseldən yıxılıb. Bakı Bulvarında faciəvi hadisə baş verib. Azyaşlı uşaq təhlükəsizlik tələblərinə əməl edilmədiyi üçün karuseldən yıxılıb.

Uşaq attraksiondan yıxıldı - Bulvarda

Bakı Bulvarında faciəvi hadisə baş verib. Azyaşlı uşaq təhlükəsizlik tələblərinə əməl edilmədiyi üçün karuseldən yıxılıb.


Hadisə şahidlərinin verdiyi məlumata görə, attraksiondan yıxılan uşaq xəstəxanaya çatdırılıb. Baş nahiyyəsindən xəsarət alan uşağın vəziyyəti yaxşıdır.

Anası ilə Dənizkənarı Milli Parka gələn 2001-ci il təvəllüdlü Məmmədəli Quliyev karuseldə olarkən bir neçə metr yüksəklikdən yerə düşüb. Uşağın yıxılmasının səbəbi kimi təhlükəsizlik kəmərinin bağlanmaması göstərilir.

Uşağın anası Firuzə Şahməmmədova attraksionda çalışanların məsuliyyətsizliyə yol verdiklərini və buna görə də polisə müraciət edəcəyini bildirib.

Musavat.com