- Köhnə - İdman
- 8 Noyabr 2012 19:05
- 2 360
Avroliqa: «Neftçi», davay, do svidaniya
![](https://www.aznews.az/storage/photos/liqa.jpg)
Baş məşqçi Böyükağa Hacıyev oyundan qabaq keçirilmiş mətbuat konfransında məqsədlərini yalnız qələbə olduğunu desə də, görüşün gedişi bunun əksini göstərib. Kazanda olduğu kimi, erkən qol vuran "Rubin" üstünlüyünü sonadək qoruyub.
Düzdür, flaqman "yaşıl-qırmızılar"a müqavimət göstərib. Amma hücumlar yekunda öz kəsərini tapmayıb.
Avroliqanın qrup mərhələsində 2-ci ev matçını da uduzan "Neftçi", Serbiya "Partizan"ı ilə birgə autsayderdir.
"Ağ-qaralar"ın azarkeşləri üzməmək üçün son şansı qalıb. Bunun üçün, bayraqdar bu mərhələdə 1 xal qopardığı "Partizan"ı doğma divarlar arasında mütləq məğlub etməlidir.
Kamran Hacı
AzNews.az