- Köhnə - İdman
- 20 İyun 2016 10:33
- 7 431
Vitse-prezidentin meyiti tapıldı - Şəkil çəkdirmək istəyərkən çaya düşmüşdü
Rusiya Güləş Federasiyasının I vitse-prezidenti Adlan Varayevin meyiti tapılıb.
AzNews.az xəbər verir ki, keçmiş idmançının meyitini Çeçenistanın Çişki kəndindən tapıblar. Bu barədə sərbəst güləş üzrə üçqat olimpiya çempionu, əfsanəvi güləşçi Buvaysar Saytiyev mətbuata açıqlama verib: "Mərhumun meyitini yaxınları tanıyıb. Axtarışlar hadisənin baş verdiyi gündən dayanmamışdı. Ağır və təhlükəli hava şəraitində olsaq da, Varayevi çox insan axtarırdı. Çoxları ümid edirdi ki, onu sağ tapacaqlar. Amma olan olub".
Qeyd edək ki, Rusiyanın güləş federasiyasının birinci vitse-prezidenti 54 yaşlı Adlan Varayev Çeçenistanda çaya düşüb. A.Varayev Çeçenistanın Şatayski rayonundakı Arqun dağ çayına yıxılıb. İddia edilirdi ki, o, foto çəkdirmək istəyərkən çaya düşüb. İdmançıdan ay yarım idi ki, xəbər alına bilmirdi.
Mayın 3-də itkin düşmüş Adlan Varayevin axtarış işlərində 600-dən çox şəxs iştirak edib.
Xatırladaq ki, Adlan Varayev 1988-ci ildə keçirilən Olimpiadada sərbəst güləş üzrə gümüş medal qazanıb. O, həmçinin 1986-cı ildə dünya çempionatının gümüş medalçısı, 1987-ci ildə dünya çempionu olub. Onun aktivində dünya çempionatlarından başqa, Avropa çempionatının da 3 qızıl medalı var.
SSRİ çempionu olan idmançı Rusiyanın əməkdar məşqçisi adına layiq görülüb
Aygün