- Köhnə - İdman
- 21 Avqust 2016 21:37
- 5 137
Toğrul Əsgərov finalda uduzdu - Gümüş qazandı
Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunları davam edir.
AzNews.az-ın məlumatına görə, yarışların sonuncu günündə Azərbaycan sərbəst güləşçisi Toğrul Əskərov 65 kq çəki dərəcəsində mübarizəyə qoşulub.
Toğrul Əsgərov yarımfinal mərhələsində İtaliya idmançısı Frank Markez Çamizo üzərində qələbə qazanaraq yarışın final mərhələsinə yüksəlib.
19:04
***
Azərbaycan sərbəst güləşçisi Toğrul Əsgərov finalda rusiyalı Soslan Ramonova məğlub olaraq Olimpiya Oyunlarında gümüş medal qazandı.