“Rabitə”nin baş məşqçisi Marçello Abbondanza Bolqarıstan millisində daha 4 il çalışacaq. “Rabitə”nin baş məşqçisi Marçello Abbondanza Bolqarıstan millisində daha 4 il çalışacaq.

4 illik müqavilə

“Rabitə”nin baş məşqçisi Marçello Abbondanza Bolqarıstan millisində daha 4 il çalışacaq.




Italiyalı mütəxəssis Bolqarıstan Voleybol Federasiyası ilə 1 Olimpiya tsiki müddəti əhatə edən müqavilə imzalayıb.

Razılaşmaya əsasan, o Dima Tonevi köməkçisi kimi saxlayıb. Bunda məqsəd yerli mütəxəssisin vaxtının çox hissəsini Bolqarıstanda keçirərək, qadın voleybolçular arasında bütün milli komandalarının inkişafına cavabdeh olmasıdır. Abbondanza isə "Rabitə"nin Çempionlar Liqasında çıxışı yekunlaşdıqdan sonra martın ortasında yığmanın düşərgəsinə gələcəyi gözlənilir.

Qeyd edək ki, Bakı klubuna mövsümün əvvəlindən baş məşqçi təyin olunan Abbondanza Bolqarıstan yığmasını 2011-ci ildən çalışdırır. O, bu milliyə ötən il Avropa Liqasının gümüş medalını qazandırıb.


AzNews.az