"Fənərbaxça" futbol klubunun rəhbərinin "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovdan SOCAR-ın kluba sponsorluq etməsi ilə bağlı müaricət etməsi xəbəri yalandır. "Fənərbaxça" futbol klubunun rəhbərinin "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovdan SOCAR-ın kluba sponsorluq etməsi ilə bağlı müaricət etməsi xəbəri yalandır.

"Fənərbaxça" klubunun rəhbəri Mübariz Mənsimovdan heç nə xahiş etməyib

"Fənərbaxça" futbol klubunun rəhbərinin "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovdan SOCAR-ın kluba sponsorluq etməsi ilə bağlı müaricət etməsi xəbəri yalandır.

Bunu AzNews.az-a "Palmali" şirkətlər qrupundan bəyan ediblər. Verilən məlumata görə, Türkiyənin "Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırım "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovdan heç bir sponsorluq xahişi etməyib:

"Bu xəbərlərin heç bir əsası yoxdur."

Qeyd edək ki, Türkiyə və yerli KİV-də Fənərbaxça klubu növbəti mövsüm üçün sponsor axtardığı və SOCAR-ın klubu himayə etməsi üçün Əziz Yıldırımın Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Mübariz Mənsimovdan xahiş etməsi ilə bağlı xəbərlər yayılıb.