- Köhnə - İdman
- 20 Aprel 2017 20:16
- 2 812
"ShamkirChess2017" superturnirinin püşkü atıldı

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess2017" superturnirinin püşkatma mərasimi keçirilib.
AzNews.az Report-a istinadən xəbər verir ki, ilk turda Azərbaycanın hər iki təmsilçisi qara fiqurlarla oynayacaq.
Şəhriyar Məmmədyarov hindistanlı Pentala Harikrişnaya, Teymur Rəcəbov ukraynalı Pavel Elyanova rəqib olub.
1. Radoslav Voytaşek (Polşa) - 2. Veselin Topalov (Bolqarıstan)
3. Uesli So (ABŞ) - 4. Sergey Karyakin (Rusiya)
5. Pavel Elyanov (Ukrayna) - Teymur Rəcəbov (Azərbaycan)
9. Maykl Adams (İngiltərə) - 10. Vladimir Kramnik (Rusiya)
7. Pentala Harikrişna (Hindistan) - 8. Şəhriyar Məmmədyarov (Azərbaycan)
Qeyd edək ki, turnir aprelin 21-də saat 15:30-da Şəmkirdəki Heydər Əliyev Mərkəzində start götürəcək.