- Köhnə - İdman
- 13 May 2017 08:55
- 5 152
Bu gün 12 idman növü üzrə mübarizə gedəcək- İslamiada cədvəli
“Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının VI yarış günündə 12 idman növü üzrə mübarizə gedəcək.
“Report”un məlumatına görə, cüdo/paracüdo, karate, atıcılıq, üzgüçülük, ağırlıqqaldırma, idman gimnastikası və su polosu üzrə yarışlara da start veriləcək.
Həndbolda finalçılar müəyyənləşəcək. Qadınlardan ibarət Azərbaycan yığması Özbəkistan millisi ilə üz-üzə gələcək.
Voleybolda II turun oyunları baş tutacaq. Azərbaycanın kişi və qadınlardan ibarət komandaları müvafiq olaraq, Türkiyə və Tacikstanla qarşılaşacaqlar.
Su polosunda isə millinin rəqini İran olacaq.
Azərbaycanın ümumilikdə 6 karateçisi - Firdovsi Fərzəliyev (60 kq), Niyazi Əliyev (67 kq), bayraqdar Rafael Ağayev (75 kq), Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq) və Fəridə Abiyeva (61 kq) vuruşacaq.
Boksda Məsud Yusifzadə (52 kq), Kamran Şahsuvarlı (75 kq) və Rauf Rəhimov (81 kq) bacarığını nümayiş etdirəcək.
Bundan başqa 4 qadın paracüdoçu və 4 kişi, 6 qadın cüdoçu qalib adı uğrunda mübarizə aparacaq.
Ağırlıqqaldırma növündə 1 kişi və 3 qadın idmançı "körpücük" üzərinə çıxacaq.
Üzgüçülük növündə Azərbaycan bu gün yalnız kişilərin yarışında təmsil olunacaq. Onlardan 200 m məsafəyə arxa üstə üzgüçülükdə Boris Kirillov, eləcə də 4 ✕ 100m məsafəyə sərbəst estafetdə Azərbaycan komandası finala qatılacaq.
Bədii gimnastika növündə gürz və lentlə hərəkətlər yekunlaşdıqdan sonra həm finalçılar, həm də Azərbaycanın komanda çoxnövçülüyündə finalda tutacağı yer müəyyənləşəcək.
İdman gimnastikasında kişi və qadınlar müxtəlif hərəkətlər üzrə təsnifat mərhələsinə başlayacaqlar.
Atıcılıq növündə 2 kişi və 8 qadın idmançı qüvvəsini sınayacaq.
Nəhayət, tennisçi kişi və qadınların komanda yarışında Azərbaycanın 2-ci tur rəqibləri Qətər və Türkmənistan olacaq.
13 may (şənbə)
Bədii gimnastika (18:30 – 20:45)
Qadınlar
Gürzlər və lent (təsnifat mərhələsi)
Jalə Piriyeva, Marina Durunda, Zöhrə Ağamirova
Komanda (medal mərasimi)
Milli Gimnastika Arenası
Paracüdo (10:00 - 20:45)
Qadınlar
57 kq. Sevda Vəliyeva, Afaq Sultanova
70 kq. Turanə Ağayeva, Ramilə Kaştayeva
Cüdo
Kişilər
60 kq. 1/4 final. Orxan Səfərov - Əli Xusrof (Yəmən) / Moktar Allassane (Niger) cütünün qalibi
66 kq. 1/4 final. Nicat Şıxəlizadə - Eysa Majraşi (Səudiyyə Ərəbistanı) / Mohammad Mohsen (Fələstin cütünün qalibi)
73 kq. 1/8 final. Rüstəm Orucov - Mohd Farhan Uzeyr Mohd Fikri (Malayziya) / Behruzi Xojazoda (Tacikistan), Hidayət Heydərov - Frederik Adebayo Olimpio (Toqo)
Qadınlar
48 kq. Yarımfinal. Aişə Qurbanlı, Bazarraqça Erdenebat
52 kq. 1/4 final. Nəzakət Əzizova - Ester Korin Evala Bondim (Qabon)
57 kq. 1/8 final. İçinxorlo Munxtsedev - Hadil Elalmi (İordaniya), Kifayət Qasımova - Yusra Əlbuhayri (Mərakeş)
63 kq. 1/4 final. Xanım Hüseynova - Ayna Jumakuliyeva (Türkmənistan)
Heydər Əliyev adına Arena
Karate (10:00 – 21:00)
Kumite
Kişilər. Firdovsi Fərzəliyev (60 kq), Niyazi Əliyev (67 kq), Rafael Ağayev (75 kq)
Qadınlar. Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq)
Bakı İdman Zalı
Atıcılıq
Kişilər
09:00. 10 m məsafəyə pnevmatik tüfəngi ilə atəş (təsnifat və final mərhələsi, medal mərasimi) - Əli Məcidli
09:00. 25 m məsafəyə tapançadan mərkəzə atəş (təsnifat mərhələsi və medal mərasimi) - Ruslan Lunyov
Qadınlar
09:30. Səngər stendi (təsnifat və final mərhələsi, medal mərasimi) - Aydan Camalova, Şəfəq Əmrahova
10:30. 25 m məsafəyə tapança ilə atəş (təsnifat mərhələsi) - İradə Aşumova, Nigar Nəsirova, Zərifə Qasımova
11:30. 10 m məsafəyə pnevmatik tüfəngi ilə atəş (təsnifat və final mərhələsi, medal mərasimi) - Jalə Bayramova, Xəyalə Hüseynli, Nəzrin Salamzadə
Atıcılıq Mərkəzi
Üzgüçülük (10:00 – 19:30)
Kişilər
10:00. 50 m brass. Seçmə mərhələ (Vəli İsrafilov)
10:08. 400 m sərbəst. Təsnifat (Azərbaycan təmsilçisi yoxdur)
17:18. Final. 200 m arxa üstə (Boris Kirillov)
18:01. 100 m batterflyay (Delfin). 1-ci yarımfinal (Dmitri Saley), 2-ci yarımfinal (Yevgeni Lazuka)
18:51. 4 ✕ 100m sərbəst estafet. Final (Əlcəzair, Qətər, İndoneziya, Pakistan, İran, İordaniya, Türkiyə, AZƏRBAYCAN)
Qadınlar
800 m sərbəst, 200 m fərdi kompleks, 50 m brass, 100 m arxa üstə, 200 m fərdi kompleks (Azərbaycan təmsilçisi yoxdur)
Su İdman Sarayı
Ağırlıqqaldırma (12:00 - 18:00)
Kişilər
56 kq. Elmar Alıyev
Qadınlar
48 kq. Mərziyyə Məhərrəmova
53 kq. Səbinə Əzimova, Gülçin Əlizadə
Ağır Atletika Arenası
Boks (18:00 – 20:00)
Kişilər
49 kq, 52 kq, 56 kq, 75kq, 81 kq
52 kq. 1/8 final. Məsud Yusifzadə – Ömər Koç (Türkiyə)
75 kq. 1/8 final. Kamran Şahsuvarlı – Desmond Amsterdam (Qayana)
81 kq. 1/8 final. Rauf Rəhimov – Hafidz Adli Mohd (Malayziya)
Bakı Kristal Zalı 2
İdman gimnastikası (09:00 – 13:00)
Təsnifat mərhələsi
Kişilər
Sərbəst hərəkətlər, paralel qollar, halqalar
Qadınlar
Dayaqla tullanma, müxtəlif hündürlüklü qollar
Milli Gimnastika Arenası
Həndbol
Yarımfinal
Kişilər
11:15. Səudiyyə Ərəbistanı - İraq
15:45. Türkiyə Əlcəzair
Qadınlar
09:00. Azərbaycan – Özbəkistan
13:30. Türkiyə - Kamerun
Sərhədçi İdman Olimpiya Mərkəzi
Tennis (10:00 - 19:00)
Kişilər (Komanda yarışları, seçmə mərhələ)
A qrupu. Türkiyə - Türkmənistan
B qrupu. İordaniya - Pakistan, Azərbaycan - Qətər
Qadınlar
Pakistan - Türkiyə
Azərbaycan - Türkmənistan
Bakı Tennis Akademiyası
Voleybol
Qrup mərhələsi, II tur
Kişilər
A qrupu
10:00. Türkmənistan – Fələstin
21:30. Azərbaycan - Türkiyə
Qadınlar
19:00. Azərbaycan – Tacikistan
Bakı Kristal Zalı 1
Su polosu
Kişilər
16:30. Türkiyə - İndoneziya
18:00. Azərbaycan - İran
Su polosu arenası
AzNews.az