Bundesliqa Bibiana Ştaynhausa bu vəzifəni həvalə edib. Bundesliqa Bibiana Ştaynhausa bu vəzifəni həvalə edib.

Almaniyada ilk dəfə qadın futbol hakimi təyin edilib

Bundesliqa Bibiana Ştaynhausa bu vəzifəni həvalə edib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, 38 yaşlı polis zabiti 2017-2018-ci il mövsümündə hakim kimi fəaliyyət göstərəcək 4 nəfərdən biridir.

Ştaynhaus artıq 6 ildir ki, hakimlik edirdi. Lakin indiyə qədər o,ikinci dərəcəli matçları idarə edib.

“Bundesliqada birinci xanım hakim olmağın fərqindəyəm və medyanın daimi diqqətində olacam. Bu, bizim çoxdankı arzumuz idi. Qarşıdan məni gözləyən tapşırıqları icra etməyi gözləyirəm”

Bibiana Ştaynhausa ingilis referi Houard Uebbin həyat yoldaşıdır.

Bəxtiyar Abbasov

AzNews.az