Suya tullanma yarışında növbəti medal - İslamiada

Azərbaycan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının suya tullanma yarışında daha bir medal qazanıb.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, kişilərin 10 m platformadan sinxron tullanma yarışında təmsilçilərimiz - Artyom Danilov və Dmitri Sorokin cütlüyü finalda 265.11 xalla ikinci yeri tutublar.

Qızıl medal Şahnam Nəzərpur - Müctəba Vəlipur (İran), bürünc medal isə Hüseyn əl-Əlayavi - Hüseyn əl-Maliki (İraq) cütlüyünə nəsib olub.

Bununla da suya tullanma yarışına yekun vurulub.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.