Braziliyada futbol matçlarından birində qapıçı Fabio Qosalves buraxdığı biabırçı qola görə meydançanı taksi ilə tərk edib. Braziliyada futbol matçlarından birində qapıçı Fabio Qosalves buraxdığı biabırçı qola görə meydançanı taksi ilə tərk edib.

Qapıçı meydançanı taksi ilə tərk etdi – Braziliyada (Video)

Braziliyada futbol matçlarından birində qapıçı Fabio Qosalves buraxdığı biabırçı qola görə meydançanı taksi ilə tərk edib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə B seriyası komandalarının oyunu zamanı baş verib.

Fabio Qosalves “Fiqeyrense” klubunun qapıçısıdır. O, “Boa” klubu ilə matç zamanı ona tərəf gələn topu əlindən qaçırıb. Daha sonra “11 metrlik” cərimə zərbəsindən daha bir qol buraxıb.

Məlumata görə, fasilə zamanı o, şəxsi işi olduğunu deyib və taksiyə oturaraq meydançanı tərk edib.

Komanda rəhbərliyi 38 yaşlı qapıçı ilə müqaviləyə xitam verib.

Bəxtiyar Abbasov

AzNews.az