- Köhnə - İdman
- 12 İyun 2017 23:05
- 7 038
Prosineçki millidən gedir
Millimizin baş məşqçisi Robert Prosineçki “Bursaspor” - la razılığa gəlib.
AzNews.az Ajansspor-a istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis bundan sonra Türkiyədə fəaliyyətini davam etdirəcək.
Artıq tərəflərlə 2 illik razılaşma da əldə olunub.
Bu gün Prosineçki meneceri ilə AFFA-da rəhbərliklə danışıqlar masası arxasına oturub və ona millidə çalışmaq üçün yeni müqavilə təklif olunsa da, o bundan imtina edib və “Bursaspor”da çalışmaq istədiyini bildirib.
Bundan sonra tərəflər arasında müqavilənin pozulması ilə bağlı hüquqi prosedurlar aparılacaq.