Sabah futzal üzrə UEFA kubokunun püşkü atılacaq. Sabah futzal üzrə UEFA kubokunun püşkü atılacaq.

Sabah UEFA kubokunun püşkü atılacaq

Sabah futzal üzrə UEFA kubokunun püşkü atılacaq.

AzNews.az “APA”ya istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Azərbaycan çempionu “Araz”ın da rəqiblərinin müəyyənləşəcəyi püşkatma iki hissədən ibarət olacaq. Öncə təsnifat mərhələsində çıxış edəcək 32 komanda 8 qrupa bölünəcək. Düzdü, Şimali İrlandiyanın ən yaxşısı hələ müəyyənləşməyib.

Bu komandalar indidən 5 səbətə bölünüb Həmçinin, hər komanda əmsalına uyğun qrupdakı yerini bilib. İlk səbət meydan sahibləri, digərləri gücünə görə sıralanıb.

AzNews.az