Portuqaliyanın Guimaraes şəhərində keçirilən Avropa çempionatında iştirak edən stolüstü tennisçilərimiz yarışları böyük uğura başa vurublar. Portuqaliyanın Guimaraes şəhərində keçirilən Avropa çempionatında iştirak edən stolüstü tennisçilərimiz yarışları böyük uğura başa vurublar.

Stolüstü tennisçimiz Avropa çempionu oldu - İlk dəfə (Foto)

Portuqaliyanın Guimaraes şəhərində keçirilən Avropa çempionatında iştirak edən stolüstü tennisçilərimiz yarışları böyük uğura başa vurublar.

AzNews.az xəbər verir ki, 44 Avropa ölkəsindən 520 idmançının iştirak etdiyi çempionatda gənc qızların şəxsi birinciliyində stolüstü tennisçimiz Ning Zhing 1-ci yer tutaraq qızıl medalın sahibi olub. Bu müstəqillik illərində idmanın stolüstü tennis növü üzrə qazalılan ən yüksək nəticədir. İdmançımızın qələbəsi şərəfinə Azərbaycan himni səsləndirilib.

Gənc qızlardan ibarət millimiz komanda yarışlarında 3-cü yer tutaraq bürünc medal, qoşa yarışlarda 2-ci yeri tutaraq gümüş medal qazanıb.

Yüksək nəticə əldə edən stolüstü tennisçilərimiz Azərbaycana 1-i qızıl, 1-i gümüş və 1-i isə bürünc olmaqla 3 medalla qayıdırlar.

image description image description image description