Premyer Liqanın IV turundan təxirə salınmış “Səbail” – “Qarabağ” görüşündən sonra qonaqların baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. Premyer Liqanın IV turundan təxirə salınmış “Səbail” – “Qarabağ” görüşündən sonra qonaqların baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.

“Danışıqlar apardığımız bir neçə futbolçu var” - Qurban Qurbanov

Premyer Liqanın IV turundan təxirə salınmış “Səbail” – “Qarabağ” görüşündən sonra qonaqların baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis 2:0-lıq qələbədən razılığını bildirib:

"Qış fasiləsi öncəsi son oyun idi. Qalib gəlməyi çox istəyirdik. Çətin olsa da, futbolçular qalib gəlmək üçün əllərindən gələni etdilər. Süni meydança olduğu üçün həddən artıq çox texniki qüsura verdik. Ancaq istədiyimiz qələbəni qazandıq".

- Rəşad Sadıqovun əvəzlənməsi nə ilə bağlı idi?

- Əzələsini dartmışdı. Şiddətlənməməsi üçün riskə getmədik.

- Bir sıra oyunçu çempionatda demək olar şans qazanmamışdı, amma bu gün etibar etdiniz.

- 3 gün əvvəl ağır oyun keçirmişdik. Rotasiyalar qaçılmaz idi.

- “Qarabağ”ın bu çempionat üçün “yeni qan”a ehtiyacı varmı?

- Bugünkü oyunda da gördük ki, “Səbail” qapımız qarşısında təhlükələr yaratdı. Heyəti gücləndirməliyik. Danışıqlar apardığımız bir neçə futbolçu var. Uğurlu alınsa qış fasiləsindən sonra onlarla güclənəcəyik.

- Tahir Gözəlin büdcənin azaldılması ilə bağlı verdiyi açıqlama sizi narahat etmədi?

- Zənnimcə, orda anlaşılmazlıq olub. Bu mövzuda Tahir bəylə heç bir söhbətimiz olmayıb.

- Anton Kanibolotskini hansı məqsədlərlə gətirmisiniz?

- Antona güvənirik. Çempionatda xeyli sayda oyunda iştirak edib. Bu gün isə legioner limitini nəzərə alaraq, bu addımı atdım.