Gimnastlarımız 2 gümüş və 3 bürünc medal qazanıblar

Azərbaycanın gənc gimnastı Jalə Piriyeva Qran-pri mərhələləri çərçivəsində beynəlxalq turnirlərdə uğurlu çıxışını davam etdirir




İsrailin Holon şəhərində keçirilmiş yarışlarda Bakının 13 yaşlı gimnastı 4 medal əldə edib.
O,üç dəfə fəxri kürsünün üçüncü pilləsinə (çoxnövçülük, gürz və lentlə hərkətlərdə) qalxıb, turnirin başa çatması ərəfəsində isə topla tapşırıqda qalib gələrək gümüş medala sahib çıxıb.
Ayşə Mustafayeva da yüksək əhval-ruhiyyə ilə Bakıya qayıdır. O,yaşca daha böyük gimnastlar arasında keçirilmiş yarışda ikinci yerlə kifayətlənib.
Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasilyeva hesab edir ki, Lalə Yusifova Qran-pri turnirində çox yaxşı çıxıb edib.
"Onun məqsədi finalçılar sırasına daxil olmaq idi və o, bu işin öhdəsindən əla gəldi. 17 yaşlı idmançını artıq mütəxəssislərin əksəriyyəti qiymətləndirə bilib və onun 4 mümkün finaldan 3-nə çıxması çox şeydən xəbər verir. Lalənin dördüncü olduğu topla tapşırığı məni çox sevindirdi və çox ümidləndirir. Onun 0,0166 balı çatmadı, bəlkə də bir az özünə inamı. Axı, o, Olimpiya oyunlarının iştirakçıları ilə birlikdə çıxış edirdi. Lakin Yusifova hər dəfə çıxışını təkmilləşdirir. Finalda gürzlə hərəkətlərdə o, 6-cı, çoxnövçülükdə 7-ci, lentlə tapşırıqda isə 8-ci nəticə göstərib. Deyə bilərəm ki, yeni proqram hamının xoşuna gəldi" , - Vasilyeva qeyd edib.
O bildirib ki, Vyanada keçiriləcək Avropa çempionatına üç aydan da az vaxt qalıb.
"Martın 15-17-Də Polşada keçiriləcək "Baltic Cup" beynəlxalq turnirində mövqeləri qorumağa və nəticələri yaxşılaşdırmağa çalışacağıq. Həmin turnirdə gənc Züleyxa İsmayılova və yeniyetmələrdən ibarət qrup iştirak edəcək", - bolqarıstanlı mütəxəssis əlavə edib.