Qalmaqallı hakimə yeni vəzifə


Uefada böyük müzakirələrə səbəb olan Cüneyt Çakıra Fifa-dan vacib oyun idarə edilməsi tapşırıldı.
AzNews.az xəbər verir ki, Fifa Dünya Kuboku seçmələrində, A qrupunda oynanılacaq Xorvatiya-Serbiya oyununu Cüneyt Çakıra həvalə etdi.
Bununla da Fifa türk hakimin Mançester Yunayted-Real Madrid oyunundakı qalmaqallı qərarına müsbət rəyini bildirdi.

Qeyd edək ki, A qrupunda 2-ci yerdə qərarlaşan Xorvatiya ilə Serbiya arasındakı oyun martın 22-də keçiriləcək.

Fərid
AzNews.az