“Mourinyonun yerinə Villas-Boas”

Çelsinin formasını geyinən Xuan Mata Totenxemin baş məşqçisi Andre Villas-Boasın Real Madridin baş məşqçisi Joze Mourinyonun yerini tuta biləcəyini deyib.

AzNews.az xəbər verir ki, Bu mövsüm La-Liqada ortaya qoyulan uğursuz performasın ardından Mourinyoun mövsümün sonunda komandadan ayrılacağı iddiaları artarkən, bir iddiada Xuan Matadan gəldi. Belə ki, Avropa mətbuatına açıqlama verən Mata portuqaliyalı məşqçinin boşluğunu Villas-Bosasın doldura biləcəyi iddiasını irəli sürüb.
"Villas-Boasın möhtəşəm məşqçi olduğunu düşünürəm. Çelsidəki məşqçilik dönəmi uğurlu keçməsə də, son dərəcə təcrübəli, gənc və modern bir addır. Mənim fikrimcə, istənilən komandanı çalışdıra bilər." -, deyə Mata qeyd edib.

Fərid
AzNews.az