- Köhnə - İdman
- 27 İyun 2018 10:34
- 10 128
Nigeriya ilə oyundan sonra Maradonanın vəziyyəti pisləşdi
Argentina – Nigeriya oyunundan (2:1) sonra Dieqo Maradonanın səhhətində problem yaranıb.
Apasport.az saytının “Independent”ə istinadən məlumatına görə, dünya futbolunun əfsanəsi dostlarının köməkliyi ilə stadionu tərk edə bilib.
Xoşbəxtlikdən, Maradonanın xəstəxanaya aparılmasına ehtiyac qalmayıb. Təzyiq problemi ilə üzləşən 57 yaşlı əfsanə, vəziyyəti düzəldikdən sonra şəxsi təyyarəsi ilə Moskvaya qayıdıb.
AzNews.az