Ermənistanın İstintaq Komitəsi Paşinyana qarşı təhdidlərlə bağlı cinayət işi açıb

Ermənistan İstintaq Komitəsi hazırkı baş nazir Nikol Paşinyana qarşı təhdidlərin yer aldığı internetdə yayılan video ilə bağlı cinayət işi açıb. Bu barədə agentliyin mətbuat katibi Kima Avdalyan mayın 18-də bildirib.

“News Armenia” agentliyi onun Telegram kanalında verdiyi açıqlamaya istinadən bildirib ki, “nifrət və dözümsüzlükdən qaynaqlanan naməlum şəxslər Ermənistanın Baş nazirinə qarşı hökuməti və siyasi fəaliyyəti ilə bağlı ölüm təhdidinin canlı videosunu yayımlayıblar”.

Ermənistan sosial media qruplarında silahlı, maskalı şəxslərin Ermənistanın baş nazirini Qarabağ ləhcəsində təhqir etdiyini və zorakılıqla hədələdiyini göstərən video yayılıb.

Mövsüm,

AzNews.az