ABŞ Rusiya neftinin alınması ilə bağlı yeni qərar verdi

"ABŞ artıq tankerlərə yüklənmiş Rusiya neftinin satın alınması üçün verilən lisenziyanın qüvvədə olma müddətini 30 gün uzadıb".

AzNews.az xəbər verir ki bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent "X"' sosial şəbəkəsində yazıb.

Qeyd olunur ki, sözügedən icazə sənədinin əvvəlki qüvvədə olma müddəti mayın 16-da başa çatmışdı.

"Bu lisenziya xam neftin fiziki bazarını stabilləşdirməyə kömək edəcək və enerji təminatı baxımından ən həssas ölkələrə neft tədarükünü zəmanət altına alacaq", - deyə S.Bessent bildirib.