ABŞ-da islam mərkəzində dəhşətli qətliam: ölənlər var - Video

ABŞ-da islam mərkəzində dəhşətli qətliam: ölənlər var - Video

ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərində yerləşən İslam Mərkəzində silahlı atışma baş verib.

AzNews.az xəbər verir ki, hadisə yerinə polis və xüsusi təyinatlı qüvvələr cəlb olunub.

İlkin məlumata görə, naməlum şəxs ərazidə insanları güllələyib.

Yerli media polislərlə silahlı şəxs arasında atışmanın olduğunu bildirir.

Ərazi mühasirəyə alınıb, yaxın küçələr bağlanıb və sakinlərə həmin zonadan uzaq durmaq tövsiyə olunub.

***

Silahlı atışmada iki nəfər həlak olub.

Bu barədə “San” məlumat yayıb.

Əraziyə təxminən 100 polis əməkdaşı gəlib, ətrafdakı tikililərin üzərində snayperlər yerləşdirilib.

Mer şəhər sakinlərindən atışmanın baş verdiyi ərazidən uzaq durmağı xahiş edib.