Almaniya milli komandası dünya çempionatında Cənubi Koreyaya 0:2 hesablı məğlubiyyətdən sonra açıqlama yayıb. Almaniya milli komandası dünya çempionatında Cənubi Koreyaya 0:2 hesablı məğlubiyyətdən sonra açıqlama yayıb.

Almaniya millisi üzr istədi

Almaniya milli komandası dünya çempionatında Cənubi Koreyaya 0:2 hesablı məğlubiyyətdən sonra açıqlama yayıb.

“Qafqazinfo” xəbər verir ki, yığmanın mətbuat xidməti açıqlama yayaraq azarkeşlərdən üzr istəyib:

“Sevgili azarkeşlər, biz də sizin kimi məyus oluruq. Dünya çempionatı 4 ildə bir dəfə baş tutur və bizim də böyük planlarımız var idi. Dünya çempionu adına layiq oynamadığımız üçün üzr istəyirik. Nə qədər acı olsa da, biz 1/8 finala layiq deyildik. Almaniyadakı və stadiondakı dəstəyiniz möhtəşəm idi. 2014-cü ildə Rio-de-Janeyroda qələbəni birlikdə qeyd etdik. Amma idmanda məğlubiyyət və rəqibin üstünlüyünü bəzi zamanlarda qəbul etməlisən. İsveç və Meksikanı pley-off-a çıxdıqları, Cənubi Koreyanı isə qələbələrlə təbrik edirik. Qonaqpərvərliyiniz üçün Rusiyaya da təşəkkür edirik”.

Qeyd edək ki, Almaniya milli komandası dünya çempionatında F qrupunda Meksika, İsveç və Cənubi Koreya ilə mübarizə aparıb. Bundestim bu matçların yalnız birində İsveç üzərində qələbə qazana bilib. Bu nəticə ilə onlar dünya çempionatının qrup mərhələsini adlaya bilməyiblər.

AzNews.az