- Köhnə - İdman
- 29 İyun 2018 16:03
- 7 565
Putin Rusiyanın oyununu izləməyəcək
Rusiya prezidenti Vladimir Putin dünya çempionatının 1/8 final mərhələsində ölkə yığmasının İspaniyaya qarşı keçirəcək oyununu izləməyəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti Dmitri Peskov məlumat verib.
O bildirib ki, Putin qrafik sıxlığı ilə əlaqədar oyunu stadiondan izləməyəcək: “Qrafik sıxlığı səbəbilə Vladimir Putin oyuna stadiondan baxa bilməyəcək. Lakin o, harda olsa da, komandamızı dəstəkləyəcək”.
Qeyd edək ki, İspaniya Kralı VI Fillip isə Rusiyaya gələrək qarşılaşmaya canlı baxacaq.
AzNews.az