İtaliya "Verona"sından qapıçı Nikolas Andrade "Qarabağ" klubunun maraq dairəsinə düşüb. İtaliya "Verona"sından qapıçı Nikolas Andrade "Qarabağ" klubunun maraq dairəsinə düşüb.

“Qarabağ” daha bir italiyalı qapıçıya təklif göndərdi

İtaliya "Verona"sından qapıçı Nikolas Andrade "Qarabağ" klubunun maraq dairəsinə düşüb.

"Report"un yerli mətbuata istinadən verdiyi məlumata görə, Azərbaycan təmsilçisi braziliyalı qolkiperi transfer etmək istəyilə "sarı-göylər"ə müraciət edib. 30 yaşlı qolkiperin hazırkı klubu ilə 2020-ci ilədək müqaviləsi var. Hazırda "Qarabağ" və "Verona" arasında danışıqlar gedir.

Qeyd edək ki, Nikolas Andrade hazırkı komandasında əsas heyət uğrunda Marko Silvestri ilə mübarizə aparır. "Verona" 2017-2018 mövsümündə İtaliya A Seriyasında 19-cu yeri tutaraq, B Seriyasına enib. "Qarabağ" daha əvvəl B Seriyasından "Peskara"nın qapıçısı Vinçenzo Fyorilloya təklif ünvanlasa da, mənfi cavab alıb.

AzNews.az