- Köhnə - İdman
- 18 İyul 2018 09:10
- 4 544
Azərbaycanda nizamnamə kapitalı 17,4 mln. manat olan Olimpiya İdman Kompleksi yaradılıb
“Ağcabədi Olimpiya İdman Kompleksi” MMC dövlət qeydiyyatına alınıb.
“APA-Economics” “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, mayın 24-də dövlət qeydiyyatına alınan Kompleksin nizamnamə kapitalı 17 mln. 412 min 728 manat təşkil edir.
Hüquqi ünvanı Ağcabədi rayonu, S.Vurğun, ev 220-də yerləşən kompleksin qanuni təmsilçisi Əyyub Həsənovdur.