Türkiyə Futbol Federasiyasının prezidenti (TFF) Yıldırım Demirören Almaniya milli komandasından ayrılan türk əsilli futbolçu Məsut Özilə dəstək nümayiş etdirib. Türkiyə Futbol Federasiyasının prezidenti (TFF) Yıldırım Demirören Almaniya milli komandasından ayrılan türk əsilli futbolçu Məsut Özilə dəstək nümayiş etdirib.

Türkiyə Futbol Federasiyası Məsut Özilə dəstək nümayiş etdirdi

Türkiyə Futbol Federasiyasının prezidenti (TFF) Yıldırım Demirören Almaniya milli komandasından ayrılan türk əsilli futbolçu Məsut Özilə dəstək nümayiş etdirib.

AZƏRTAC xəbər verir ki, Y.Demirörenin Türkiyə Futbol Federasiyasının saytında yerləşdirilən bəyanatında qeyd olunub: “TFF-in rəhbəri olaraq, Məsut Özilə və ailəsinə tam dəstəyimi ifadə edirəm. Türk əsilli olmasına görə ona qarşı təhdid və təhqir ifadələrini qınayıram. Hər bir futbolçu təhqir, ayrı-seçkilik və nifrətdən qorunmalıdır. Beynəlxalq futbol ictimaiyyəti irqçilik və dözümsüzlüklə mübarizəni davam etdirməlidir”.

Xatırladaq ki, iyulun 22-də Məsut Özil Almaniya milli komandasının heyətindən ayrıldığını açıqlayıb. Buna səbəb M.Özilin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşməsi ilə əlaqədar Almaniya Futbol Federasiyasının (DFB) rəhbəri Reinhard Qrindel tərəfindən tənqid edilməsi olub.

“Arsenal” klubunda çıxış edən yarımmüdafiəçi “Instagram”dakı səhifəsində DFB-nin yüksək səviyyəli rəsmilərinin onun türk köklərinə hörmət etmədiklərini və bundan təbliğat vasitəsi kimi istifadə etmələrini qınamışdı.

2009-cu ildən Almaniya millisinin formasını geyən M.Özil 92 oyunda 23 qol vurub və 28 məhsuldar ötürmə verib. O, 2014-cü ildə Almaniya milli komandasının heyətində dünya çempionu olub.

AzNews.az